Bizdən biri, bir az fərqli


   21 mart-Daun sindromu ilə bağlı məlumatlandırma maarifləndirmə günü ilə əlaqədar olaraq, məktəbimizdə tədbir keçirilmişdir. Tədbirdə məktəbimizin direktoru Gülnarə Cəfərova, loqoped Güldəstə Hüseynova, psixoloq Mirsücayət Əliyevanın çıxışları olmuşdur. Daun sindromunun nəzəri və praktik əsasları haqqında maarifləndirmə xarakterli tədbirdə məktəbin Daun sindromlu şagirdi Salamulla Bayramov valideyni İlhamə Bayramova ilə iştirak etmişdir. Tədbirdə BŞTİ-dən, TDM-dən, ADPU-dən peşəkar psixoloq və loqopedlər dəvət olunub. Qonaqlar arasında Elnarə Ələsgərova, Esmira Kazımova, Günay Bədəlovanın məktəbimizdəki inklüziv təhsillə bağlı müsbət fikirli çıxışları bizi çox sevindirdi. Sonda, xatirə rəsmləri çəkilib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi