Novruz bayramı

    Bu gün ölkəmizdə Novruz bayramından öncə qeyd edilən çərşənbələrin sonuncusu,yəni İlaxır çərşənbə-Torpaq çərşənbəsidir. Xalqımız bu çərşənbəni xüsusi təntənə və həvəslə qarşılayır. Bu çərşənbə ilə bağlı olan adətlər illərdir ki, qorunur və xalq milli bayramını yüksək əhval-ruhiyyə ilə qeyd edir. Uzun əsrlərdən bəri yurdumuzun hər bir guşəsində Novruz bayramında müxtəlif el şənlikləri və mərasimlər həyata keçirilir.
    Məktəbimizdə də Novruz bayramının bütöv Azərbaycana gəlişi coçqu ilə qarşılanıb. Məktəb foyesində şagirdlərimizin əl işlərindən ibarət sərgi təşkil olunub. Sərgidə Novruz atributlarından olan boyanmış, bəzəklu yumurtalar, Novruz xonçaları nümayiş olunub. Məktəbimizə təcrübə keçməyə gələn gənc tələbələrlə şagirdlərimizin birgə hazırladıqları Novruz adət-ənənələrindən bəhs edən tədbir bayram əhval-ruhiyyəsini daha da yüksəldib. Daha sonra məktəb kollektivi Nərimanov rayon İcra Hakimiyyətinin təşkil etdiyi bayram şənliyində iştirak edib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi