Gənc mühəndislər

    Bu gün daha bir təşkilat məktəbimizin qonağı olub. Belə ki, Neftçi Mühəndislər birliyinin ADNSU/UFAZ tələbə təşkilatının üzvləri: məktəblərə ziyarət proqramının rəhbəri Rəvan İsmayılzadə, SPE ASOİU/UFAZ-in Prezidenti Çingiz Əsgərli, SPE-də kimya komandasının nümayəndəsi Gülnar Qurbanova, SPE-də alternativ enerji komandasının nümayəndəsi  Emilya Novruzova şagirdlərimizlə görüşüb. Görüşün əsas məqsədi perespektivli şagirdləri bir araya gətirmək, onların mühəndisliyə dair həvəsini artırmaq olub. Şagirdlər nümayəndələri həvəslə dinləyiblər. Daha sonra təşkilat üzvləri şagirdləri maraqlandıran sualları cavablandırıblar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi