Monitorinq nəticələrinin müzakirəsi
Bakı Şəhər Təhsil İdarəsinin təlimatı əsasında dekabr ayında 6, 7, 8-ci siniflər üzrə keçirilən monitorinqlərin nəticələri fevral ayında məktəbə göndərilib. Nəticələr valideyinlər və fənn müəllimlərinin iştirakı ilə müzakirə edilib.
Azərbaycan dili üzrə dinləyib-anlama, oxuyub-anlama və yazı yoxlanılıb. Nəticələrin daha da yaxşılaşdırılması üçün tövsiyələr verilib. Sonda valideynlərin hər biri övladının nəticəsi ilə tanış olub.