5 mart Bədən Tərbiyəsi və İdman günü
1995-ci il mart ayının 5-də Ulu Öndər Heydər Əliyev Bakı İdman sarayında dünya və avropa çempionatlarının qalibləri ilə görüşüb. Həmin tarixdən ölkəmizdə 5 mart Bədən Tərbiyəsi və İdman günü kimi qeyd olunur. Bu münasibətlə məktəbimizdə idman həftəsi keçirilib. İdmanda uğur qazanan şagirdlərimizin Gözəl Zutova, Yusif Əliyev və Şamil Nixadov ilə görüşü baş tutub. Görüşdə gənc idmançılarımızı maraqlandıran sualları məşhur idmançılarımız cavablayıblar. Daha sonra onlara motivasiya dolu töhvələrini bildiriblər.