Nəriman Həsənzadənin yaradıcılığına həsr olunan dəyirmi masa

     Milli şeirimiz ənənələrinə söykənərək, təkrarsız və özünəməxsus poeziya məktəbi yaratmış ustad sənətkarlarımızın unudulmaması, gənc nəslin onları daha yaxından tanıması üçün məktəbin kitabxana müdiri Xanım İmanova səylə çalışır. Belə ki, o bu gün Ana dili və Ədəbiyyat müəllimi Şəmidə Əliyeva ilə birlikdə xalq şairi Nəriman Həsənzadənin həyat və yaradıcılığından bəhs edən dəyirmi masa təşkil edib. Dəyirmi masada iştirak edən 7C sinif şagirdləri şairin həyat və yaradıcılığından bəhs edən təqdimatlar hazırlayıb, şeirlərini səsləndiriblər. Daha sonra şairin günümüzün aktuallığına aid olan- "Məni bayraq kimi tutun yuxarı" şeiri müzakirə olunub.
Hər torpaq dünyada məmləkət olmur,
Parça var yaşayır bayraq olanda
                             (N.Həsənzadə)

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi