Xocalı faciəsinə həsr olunan tədbirimiz

Müharibə bəşəriyyətin ən pis xəstəliyi, soyqırım isə heç sağalmayan yarasıdır. Xocalı yarası kimi.
Ermənilərin törətdiyi bu vəhşilik Xocalının tarixinə qara hərflərlə yazılan bir günü-26 fevralı yaşamaq zorunda qoydu bizləri. O gecə tariximizə təkcə Xocalının deyil, xalqımızın qanlı göz yaşları ilə yazıldı. İllər keçsədə, tarixdə izi silinməyən bir müsibət oldu Xocalı müsibəti. Bu gün məktəbimizdə də Xocalı faciəsini əks etdirən ədəbi-bədi kompozisiya təşkil olunub.