Mövludun mübarək şəhidim!

2021-ci il Noyabr ayının 30-da Dövlət Sərhəd xidmətinin helikopterinin qəzaya uğraması nəticəsində şəhid olan igid oğullarımızın əziz xatirələri heç vaxt yaddaşlardan silinməyəcək. Fevral ayının 25-də məktəbimizin fəxri məzunu, Ana dili və Ədəbiyyat müəllimi Şəmidə müəllimənin övladı Emin Əliyevin doğum günüdür. Müəlliməmiz olmaqla yanaşı həm də şəhidimizin xalası olan Aida Mahmudova onun doğum gününü rəhbərlik etdiyi 5A sinfi ilə birlikdə qeyd edib. Tədbirdə şəhidin anası, ona dərs deyən müəllimlər iştirak edib. Balaca fidanlarımız hazırladıqları şəhidin həyat yolundan bəhs edən kompazisiyalar hamıya kövrək anlar yaşadıb. Şəhidimizə uca Allahdan rəhmət, əzizlərinə isə səbr diləyirik.