Əsrin faciəsi – Xocalı Soyqırımı!


Bəşəriyyətə qarşı yönəlmiş ən qəddar soyqırımı –Xocalı faciəsidir! Tarixdə elə ağrılı-acılı, qanlı-qadalı səhifələr olub ki,  onların dəhşətləri zaman keçdikcə üzə çıxır, yaralarından qan süzülür, sağalmasına heç bir ümid qalmır. Elə Xocalı müsibəti kimi, tarixin ən dəhşətli faciəsi olan Xocalı Soyqırımının törədilməsindən artıq 32 il ötür. Bu gün artıq Xocalıda bayrağımız  dalğalansa da, qan yadaşımızın unudulması, gənc nəslin tariximizi daha dərindən bilməsi məqsədi ilə məktəbimizin  Ana dili və ədəbiyyat müəllimi Cavahir Məmmədova da səylə çalışır. O, dərs dediyi 8c sinifində Xocalı müsibətindən bəhs edən “Xoca” filminin baxışını təşkil edib. Xocalı faciəsini bütövlükdə özündə əks etdirən film şagirdlərin təsirli anlar yaşamasına səbəb olub. Daha sonra şagirlər müəllimləri ilə Xocalı faciəsini dahaətraflı müzakirə ediblər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi