Beynəlxalq Ana Dili Günü
Fevral ayının 21 bütün dünyada Beynəlxalq Ana Dili Günü kimi qeyd olunur. Dil hər bir millətin maddi-mənəvi dəyərlərini qoruyan və inkişaf etdirən ən mühüm və güclü vasitədir. Ana dili insanın mənəvi aləminin zəngiləşməsində, dünya görüşünün güclənməsində mükəmməl rol oynayır.
Millətin özünəməxsusluğunu qorumaqda Ana Dilinin böyük əhəmiyyəti var. Ölkəmizdə ana dilinin hərtərəfli inkişafı, beynəlxalq münasibətlər sisteminə yol tapması Ulu Öndər Heydər Əliyevin dilimizin qorunmasına yönələn düşünülmüş siyasətin nəticəsidir. Hazırda Prezident İlham Əliyev də bu siyasəti uğurla davam etdirir. Ana dilimizi qorumaq və inkişaf etdirmək hər bir azərbaycanlının müqəddəs borcudur. Məktəbimizdə də ana dilimizin sevilməsi, qorunması üçün şagirdlərlə mütəmadi olaraq maarifləndirici tədbirlər, təşkilat saatları təşkil olunur.