14 fevral Beynəlxalq Kitab Bağışlama Günü
Uşaqlarda ömür boyu oxumağa sevgi yaratmaq və ehtiyacı olan uşaqların kitab əldə etməsini təmin etmək üçün Beynəlxalq Kitab Bağışlama gününün çox böyük önəmi var. Bu gün uşaqlara kitab bağışlayan və onlarda kitaba məhəbbət yaradan bütün insanları ümumi məqsəd ətrafında birləşdirir.
Məktəbimizin müəllimi Kövsər Bahabova da uşaqlarda kiçik yaşlarından kitaba sevgi,oxumağa maraq oyatmaq üçün əlindən gələni əsirgəmir.Belə ki,o Beynəlxalq Kitab Bağışlama günündə şagirdlərinə kitab bağışlayaraq bu günün əhəmiyyətindən danışıb.