Onlar bizim sabahımızdı!

Ulu Öndər Heydər Əliyevin zəngin dövlətçilik fəaliyyətində gənclər siyasəti hər zaman xüsusi yer tuturdu.Böyük tarixi şəxsiyyət gənclərə,sabahımızın qurucularına xüsusi önəm verirdi.Onların gücünə,qüvvəsinə və bacarığına inanırdı.Sağlam düşüncəli,milli ruhlu gəncliyin ümidlərini doğruldub vətənin gələcəyinə sahib çıxa bilmələrindən ötrü onlara diqqət və qayğısını bir an belə əsirgəmirdi.
   Bu örnəyin davamı olaraq zəhmətkeş müəllimlərimiz də əllərindən gələni əsirgəmir.Sağlam,savadlı gənclik məktəbdən pöhrələnir.Məktəbimizin müəllimi Zinyət Aslanova da gələcəyimiz olan övladlarımızın düzgün formalaşmasında əlindən gələni əsirgəmir.Belə ki rəhbərlik etdiyi 4A sinfondə Əsgərli Səid Rövşən oğlu bir neçə beynəlxalq və yerli olimpiadalarda - 2023 Asia İnternational Mathematical olympiad,SASMO-qızıl medal qazanıb.Kenquru riyaziyyat olimpiadası,BMO-2023,KİNGS international School Olympiads,İQ-FİSO,uğurla çıxış edərək qızıl,gümüş və bürünc medallar qazanıb.Bu böyük uğurlar münasibətilə şagirdimizi təbrik edib,daha böyük nailiyyətlər diləyirik.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi