Uğurlu gəncliyimiz

2 fevral-gələcəyimiz olan “Gənclər günüdür”. Gəncliyə göstərilən qayğı və diqqət olaraq Ulu Öndər Heydər Əliyev 1997-ci ildən 2 fevralın “Gənclər günü” kimi qeyd olunması üçün sərəncam imzalamışdır. Son zamanlar gənclərin ölkəmizdə göstərdiyi nailiyyətlər saysız-hesabsız və danılmazdır. Məktəbimizin psixoloqu 22 yaşlı Sücayət Əliyeva da gələcəyimiz olan gənclərdəndir. Belə ki, Bakı Dövlət Universitetinin 2018-2022-ci illər ərzində Təhsildə sosial-psixoloji xidmət ixtisasında bakalavr təhsili almışdır. 2022-ci ildən etibarən Xəzər universitetinin General Psychology ixtisasında ingilis dilində magistr təhsili alır. Hal-hazırda magistrın son kurs tələbəsi olmaqla yanaşı məktəbimizdə fəaliyyət göstərən ən gənc kadrdır. Şagirdlərimizin psixololoji rifahının yüksəlməsində böy rol oynamaqdadır. Şagirdlərimiz həll edə bilmədikləri və ya kiməsə deyə bilmədikləri hadisə və problemi çox rahatlıqla bu gənc psixoloqla bölüşüb,həll etməyə çalışırlar. Psixoloqumuzun timsalında bütün gənclərimizi təbrik edib, daha böyük nailiyyətlər diləyirik.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi