Qarabağın incisi Xurşudbanu Natəvan
Qarabağın incisi, Azərbaycan mədəniyyət beşiyi olan Şuşa ölkəmizin qədim tarixini özündə yaşadır. Şuşa həm də bir çox görkəmli sənətkarların, musiqiçi, memar, rəssam və ədiblərin, dünya mədəniyyət xəzinəsinə böyük töhvələr vermiş şəxsiyyətlərin yaşadığı bir yerdir. Qarabağın bu dilbər guşəsi Azərbaycan tarixinə Qasım bəy Zakir, Xurşudbanu Natavan, Nəcəf bəy Vəzirov,Əbdürrəhim bəy Haqverdiyev, Firudin bəy Köçərli kimi şəxsiyyətlər bəxş edib. Belə dahilərimizin unudulmaz adlarını yaşatmaq, gənc nəslə daha yaxından tanıtmaq məqsədilə məktəbimizin müəllimi Aytən Bağıyeva əlindən gələni əsirgəmir. Tətil günlərində o, şagirdləri ilə birlikdə Dövlət Dram Teatrında Xurşudbanu Natavanın həyatından bəhs edən eyni adlı əsərə tamaşa ediblər.