Bu gün keçirilən dəyirmi masa
11 yanvar 1920-ci il Azərbaycan Xalq Cümhuriyyətinin tarixində xüsusi yerə malikdir. Belə ki, 105 il öncə Paris sülh konfransında Versal Ali Şurasının təşkil edən müttəfiq ölkələr yekdilliklə Azərbaycan dövlətini tanıdıqlarını bəyan etmişdilər və bu barədə Azərbaycan heyətinin rəhbəri Əlimərdan bəy Topçubaşova konfransın rəsmi sənədi təqdim olunmuşdur. Beləliklə 1920-ci ildə Paris sülh konfransında iştirak edən ölkələr Azərbaycanı de-fakto tanımışlar. Cəmi 23 ay yaşamış AXC dövlətçilik tarixində silinməz iz qoyub. Bu gün məktəbimizdə bu münasibətlə tarix müəllimlərinin və şagirdlərimizin iştirakı ilə dəyirmi masa təşkil olunub. Tədbirdə AXC-nin keçdiyi yol gördüyü tədbirlər haqqında geniş müzakirələr aparılıb.