Beynəlxalq Təşəkkür Günü
Bu gün 1a sinfində maraqlı bir təşkilat saatı keçirildi. Şagirdlər 11 yanvar Beynəlxalq Təşəkkür Gününü qeyd etdilər. Sinfin müəllimi Kövsər Vahabova qeyd etdi ki, nəzakət hər zaman qiymətləndirilib. Çünki minnətdarlıq sözləri sehrli gücə malikdir. Onların köməyi ilə insanlar bir-birinə sevinc, müsbət emosiyalar çatdırırlar. Psixoloqlar minnətdarlıq sözlərini mümkün qədər tez-tez söyləməyi, eyni anda gülümsəməyi tövsiyə edirlər. 11 yanvar ilin ən nəzakətli günü – Beynəlxalq Təşəkkür Günüdür. Sonra şagirdlər qruplara bölündülər. Azərbaycan, Türkiyə, Rusiya, İngiltərə, Qazaxstan komandaları bu dillərdə bildikləri ən nəzakətli sözləri söylədilər. Təşkilat saatı şagirdlərin öz müəllimlərinə, prezidentimizə, şəhidlərimizə, qazilərimizə, valideynlərinə və.s. təşəkkürlərini bildirməsi ilə yekunlaşdı.