İnklüziv təhsil

İnklüziv təhsil - ümumi təhsilin hamı üçün əlçatan olmasıdır. İnklüziv təhsil istər sağlam , istərsə də əlilliyi olan uşaqların bərabər təhsil alma hüquqlarını təmin edir və bu cəmiyyətdə sosial bərabərliyin qorunmasına şərait yaratmış olur.
  2023-2024 -cü tədris ilində məktəbimiz pilot layihəyə qoşulan məktəblər arasında yer alıb. Bu il birinci sinfə qədəm qoyan Salamulla Bayramov da inklüziv təhsilə cəlb olunub.
   Tədris ilinin əvvəlində məktəbə qorxa - qorxa gələn , valideynindən ayrı qalmayan , uşaqlarla ünsiyyət qurmaqda çətinlik çəkən balaca   Salamulla indi sərbəst şəkildə dərslərdə iştirak edir. Asanlıqla şagirdlərlə ünsiyyət qurmağa çalışır. Maraqlısı da odur ki, sinif yoldaşları onu qayğı ilə əhatə edir. Məktəbin sevimlisinə çevrilən Salamulla  artıq yoldaşlarınin köməkliyi ilə kollektiv işlərdə iştirak etməyə başlayıb. Sinif müəllimi Məlahət Fərhadova və korreksion pedaqoq Güldəstə Hüseynova şagirdin inkişaf etməsi üçün əlindən gələni əsirgəmir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi