İngilis dili “Fənn aylığı”

Pedaqoji şuranın 13 sentyabr 2023-cü il tarixində keçirilmiş iclasında verilən qərara əsasən, dekabr ayı ingilis dili “Fənn aylığı” qərara alınıb. “Fənn aylığı” çərçivəsində məktəbimizin ingilis dili müəllimlərinin dərsləri dinlənilib, metodiki tövsiyələr verilib. Eyni zamanda ingilis dili kafedrası Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar şeir müsabiqəsi təşkil ediblər. 22 dekabr tarixində məktəbdə “English Speaking Day”-“İngilis dilində danışaq” günü keçirilib. Gün ərzində şagirdlər hər kəsə yaxınlaşaraq yeni il arzularını ingilis dilində səsləndirməyi xahiş ediblər. Sorğu müəllim və şagirdlər arasında marağa səbəb olub. Hamı həvəslə cavab verməyə çalışıb. Aylığın son günündə “Dünya Azərbaycanlıların həmrəyliy günü və Yeni il” şənliyi keçirilib. Tədbirdə şagirdlər ingilis dilində mahnılar, şeirlər səsləndirib və rəqslər edərək hər kəsin bayramını təbrik ediblər.

XƏBƏR LENTİ
Arxiv
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi