Şagirdlərimiz doğma yurdumuzun təbiətini çox sevir.

Doğma yurdumuz Azərbaycan misilsiz gözəlliklər diyarı, zəngin təbiət muzeyidir. Vətənimizin insanı valeh edən möcüzəli təbiəti, bitki örtüyü, zəngin heyvanat aləmi yerlərə xüsusi yaraşıq bəxş edir. Vətənimizin zəngin təbiəti xalqımızın sərvətidir. Təbiətin qorunması, mühafizə olunması ümumxalq işidir. Şagirdlərimizdə doğma yurdumuzun təbiətini, qorumaq, təbiətə qarşı sevgi oyatmaq məqsədilə məktəbimizin kitabxana müdiri Xanım İmanova, Azərbaycan dili və ədəbiyyat müəllimi Cəvahir Məmmədova ilə birlikdə maarifləndirici tədbir keçiriblər. Belə ki, “Yaşıl layihə” üzrə “Təbiəti qoruyaq” mövzusunda Əhməd Orucun “ Meşədə hadisə” əsərini 6c sinif şagirdləri ilə birlikdə səhnələşdiriblər. Balaca təbiətsevərlər öz çıxışları ilə bir daha yurdumuza olan sevgilərini nümayiş etdiriblər.

XƏBƏR LENTİ
Arxiv
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi