Reproduktiv sağlamlıqla bağlı müzakirələr
Şagirdlər arasında həyat tərzi və reproduktiv sağlamlıq, eləcə də erkən və qohumlar arası nigahın qarşısının alınması məqsədilə məktəbin həkimi Lalə Xanverdiyeva 8-ci siniflərlə maarifləndirici söhbətlər aparıb. Daha sonra şagirdləri maraqlandıran suallara cavab verərək reproduktiv sağlamlıqla bağlı geniş müzakirələr ediblər.