“Zəfər günü”nə həsr edilmiş tədbirimiz
Ermənistan silahlı qüvvələrinin Azərbaycan torpaqlarını işğal etməsi azərbaycanlıları yurd – yuvasından didərgin salmaqla yanaşı milli- mənəvi dəyərlərimizə, ləyaqətimizə qara ləkə kimi yazılmışdır. Minlərlə ana – bacımızın ,qız – gəlnimizin başına gətirilən müsibətlər əsrin faciəsi kimi tarixə düşmüşdür. 30 il davam edən işğala Azərbaycan dövləti qalib dövlət kimi yaşayır və bundan sonra da müzəffər xalq olaraq yaşayacaq. 44 günlük vətən müharibəsində “Zəfər Günü” xeyrin şər üzərində qələbəsi və tarixi ədalətin təntənəsidir. Bu məqsədlə “Zəfər günü” məktəbimizdə də təntənəli şəkildə qeyd olunub. Şagirlər bu günün dəyərini anlayaraq qürür hissi ilə tədbirdə iştirak ediblər.