“Kod adı Yaşma” adlı sənədli filmin məktəbimizdə nümayişi
O dövlət güclüdür ki, onun güclü ordusu olsun. O ordu yenilməz və güclüdür ki, əsgəri düşünmədən vətən naminə ölümə hazırdır. Nə fərəhli haldır ki, müasir Azərbaycan ordusunun sıralarında minlərlə belə oğullarımız var. O oğullar ki, ölümün gözünə dik baxaraq 44 gün ərzində adlarını tarixə qızıl hərflərlə yazdırdılar.
Belə qəhrəmanlarımızı gələcək nəsillərə tanıtmaq və gənclərdə vətənpərvərlik hissini oyatmaq məqsədilə məktəbimizdə igid oğulların həyat və döyüş yollarından bəhs edən “kod adı Yaşma” adlı sənədli film nümayiş etdirilib. Xüsusi təyinatlı qüvvələrimizdən bəhs edən film şagirdlərin marağına səbəb olub.