Xalqımızın şərəfli tarixi

04 oktyabr 2020-ci il – Ali Baş Komandan İlham Əliyevin müjdəsini verdiyi Cəbrayıl şəhəri 27 illik həsətdən sonra işğaldan azad olunduğu gün kimi yaddaşlara həkk olundu. 
Bu gün 10c sinif şagirdləri dəhlizdə Ordumuzun zəfər xronikasını əks etdirən lövhənin qarşısında bu günün dəyərini öz aralarında müzakirə etdiklərini görən tarix müəllimi Zəminə Hüseynova da onların müzakirəsinə qoşularaq şagirdlərə Cəbrayıl şəhərinin tarixindən, mədəniyyət abidələri haqqında məlumat verib. O bildirdi ki, Cəbrayıl  erməni işğalı zamanı vandalizimə məruz qalıb, şəhər ərazisində olan evlər, tarixi abidələr tamamilə dağıdılıb, ağaclar məhv edilib.
Cəbrayılın azad olunması Azərbaycan Ordusunun möhtəşəm qələbəsidir! Bu qələbə ordumuzun hər bir mənsubunun fədakarlığının, şücaətinin parlaq nəticəsidir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi