Şəhidlərimiz hər an qəlbimizdədir.

Hər an dəyişən dünyamızın dəyişməyən dəyəri Vətən eşqi, Vətən sevgisidir. Vətəni canından üstün tutub şəhidlik zirvəsinə ucalan igid oğullarımızın əziz xatirəsi daima yad olunur. Bu gün adını fəxarətlə daşıdığı Novruzov qardaşları adına məktəbimizdə şəhid Novruz Natiqin anadan olmasının 50-ci ildönümünə həsr olunmuş tədbir keçirilib. Tədbirdə şagirdlərimizin hazırladıqları vətənpərvər ruhlu çıxışları, şeirləri, mahnıları, ədəbi-bədii kompozisiyaları qonaqlar tərəfindən maraqla izlənilib. Tədbirdə şəhid valideynləri ilə yanaşı, Nəsimi Rayon İcra nümayəndələri, veteranlar şurasının üzvləri, qazilər və məktəb kollektivi də iştirak edib. 
Tədbirdə iştirak edən şəhid ailələrinin nümayəndələri dövlətimiz tərəfindən hər bir şəhidin Vətən naminə xidmətlərinin yüksək qiymətləndirildiyini, xatirələrinin əbədiləşdirildiyini, xatirə kompleksləri, bulaqlar, park və xiyabanlar, guşələr yaradıldığını, yazıçı və şairlərimizin, jurnalistlərin onlar haqqında qiymətli əsərlər, məqalələr yazdığını, filmlər çəkildiyini, televiziya və radio verilişləri hazırlandığını yüksək qiymətləndirib və bunun da onlar üçün böyük təsəlli olduğunu qeyd ediblər.
Sonda şəhidin məzarı məktəb rəhbərliyi və ailə üzvləri ilə birlikdə ziyarət edilib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi