2 Fevral Gənclər günü

Bu gün məktəbdə 2 Fevral Gənclər günü ilə bağlı tədbir keçirildi. Tədbir məktəbin foesində, bütün müəllimlərin iştirakı ilə keçirildi. Gənclər öz ürək sözləri ilə bir-birlərini təbrik etdilər.
Sonda məktəbin direktoru Rəna Naibova “2 Fevral-Gənclər günü” münasibəti ilə gənc müəllim və işçiləri təbrik edərək onlara işlərində uğurlar arzuladı.
Fəaliyyəti ilə fərqlənən gənclər diplomla təltif olundu.