Heydər Əliyev - Xalqın Lideri

Ümummilli lider Heydər Əliyevin anadan olmasının ildönümü münasibətilə məktəbimizdə xüsusi tədbir təşkil olundu. Tədbirin əsas məqsədi ulu öndərin həyat və fəaliyyətini şagirdlərə daha yaxından tanıtmaq, onun Azərbaycan tarixindəki misilsiz xidmətlərini bir daha yada salmaq idi.
Tədbir təşkilatçı müavin A.Vəliyeva və Uşaq Birliyi rəhbəri  T. Məhərrəmova və psixoloq K. Hüseynova tərəfindən təşkil edilmişdi. Tədbir çərçivəsində iştirakçılara Heydər Əliyevin həyat yolunu əks etdirən film nümayiş etdirildi. Film şagirdlər və müəllimlər tərəfindən böyük maraqla izlənildi və ulu öndərin dövlətçilik fəaliyyəti, xalqımıza verdiyi töhfələr barəsində ətraflı məlumat verildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi