Metodik şuranın ilk iclası

Məktəbdə metodiki şura sədrinin rəhbər və təşkilatçılığı ilə fənn metodbirləşmə rəhbərlərinin iclası keçirildi.
İclasda 2024-2025 - ci tədris ilinin yekunları və yeni tədris ili ilə bağlı müzakirələr aparılarq yeni tədris ili üçün hədəflər müəyyənləşdirildi və tədrisin keyfiyyətinin artırılması istiqamətində fikir mübadiləsi aparıldı.
Metodbirləşmə sədrlərinə fənlər üzrə bir sıra göstəriş və tapşırıqlar verilərək səmərəli fəaliyyətin həyata keçirilməsi üçün birgə əməkdaşlığın vacibliyi qeyd olundu.