Pedaqoji Şuranın ilk iclası

Fəaliyyət Planına uyğun olaraq məktəbdə 2025/2026-cı tədris ili üçün Pedaqoji Şuranın ilk iclası keçirildi. İclası açıq elan edən məktəbin direktoru Rəna Naibova yeni dərs ilinin başlanması ilə əlaqədar pedaqoji heyəti təbrik etdi və gündəlikdəki məsələlərlə bağlı çıxış edərək məktəbin keçən tədris ilindəki fəaliyyətindən danışdı. Direktor yeni tədris ilində görüləcək işlər, prioritet məsələlər barədə fikirlərini həmkarlar ilə bölüşdü.
Sonra məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Azad Sofuyev çıxış edərək yay-tədris tapşırıqlarının qəbul edilməsi, məktəb məzunlarının ali məktəblərə qəbulu, IV-VI siniflərdə monitorinqin nəticələri, IX siniflərdə buraxılış imtahanlarının nəticələrindən danışdı.
Daha sonra şagirdlərin dərsliklərlə təmin edilməsi və digər məsələlər üzrə fikir mübadiləsi aparıldı.
Sonda müəllimləri maraqlandıran suallar rəhbərlik tərəfindən cavablandırıldı və müəllimlər öz təklif və fikirləri ilə məktəbimizin inkişafına töhfə vermək üçün birgə fəaliyyətin vacibliyini vurğuladılar