Yeni tədris ilinə hazırlıq

Yeni tədris ilinə hazırlıq məqsədilə məktəbin pedaqoji və texniki heyətinə birlikdə iclas keçirildi. İclasda məktəbin direktoru Rəna Naibova yeni tədris ilinə hazırlıq məqsədi ilə dərs cədvəlinin, illik fəaliyyət planlarının və digər tədbirlərin hazırlıq vəziyyətinin yerinə yetirilməsi, təhlükəsizliyin təşkili və buna uyğun tədbirlərin görülməsi, sanitar-gigiyenik işlərin görülməsi kimi işlərin yerinə yetirilməsi haqqında aidiyyəti şəxslərə öz tapşırıqlarını verdi.