Pedaqoji şura

Məktəbin Fəaliyyət planına uyğun olaraq növbəti Pedaqoji Şura iclası keçirildi.
Məktəbin direktoru Rəna Naibova iclası açıq elan edərək tədris ilinin yekunları və məktəbdə görülən işlərdən danışaraq kollektivi gündəlikdəki məsələlərlə tanış etdi.
2024-2025 - ci tədris ilinin yekunları dinlənildi və təlim-tərbiyə işləri üzrə direktor müavini Azad Sofuyev tərəfindən tədris ilində proqram materiallarının yerinə yetirilməsi, şagird nailiyyətlərinin illik hesabatı, böyük summativ qiymətləndirilmələrin aparılması və onların nəticələri, yay-tədris tapşırıqlarının verilməsi haqqında ətraflı məlumat verildi.
Daha sonra metodbirləşmə rəhbərlərinin, kitabxana müdirinin, uşaqlarla məktəbdənkənar və sinifdənxaric təşkilatçının, psixoloqun hazırlanan hesabatları dinlənildi.
Yeni tədris ilində qarşıda duran vəzifələr müzakirə olunaraq müəllimlərin sualları cavablandırıldı və qarşıdakı tədris ili üçün göstərişlər verildi.
Sonda məktəbin direktoru 65 yaşları tamam olan, təqaüdə çıxan kollektiv üzvlərinə minnətdarlıq ifadəsi olaraq məktəb adından çiçəklər təqdim edərək onlara sağlam can sağlığı və işlərində uğurlar arzuladı