IX sinif şagirdlərinin valideynləri ilə maarifləndirici görüş

 IX siniflərdə təhsil alan şagirdlərin valideynləri ilə maarifləndirici görüş keçirildi.Görüşdə valideynlər Azərbaycan Respublikası Təhsil Nazirliyinin kollegiyasının 2014-cü il 6 noyabr tarixli 1/3 nömrəli qərarı ilə tanış oldular. 
 Bildirildi ki, təhsilalanlar sərbəst şəkildə ümumi təhsil müəssisəsini seçərək təhsillərini davam etdirə bilərlər. 
 IX sinifdə təhsil alan şagirdlərin valideynlərinə  övladlarının təhsilini X sinifdə, yaxud orta-ixtisas, peşə təhsili müəssisəsində və s. davam etdirməsi barədə məlumat verildi.Valideynlərə övladlarının X sinifdə təhsil alması üçün atılacaq addımlar izah edildi. 
 Qeyd olundu ki, attestat blankları məzunlara təqdim edilən zaman valideynlər də dəvət edilməli, əgər məzun təhsilini öz məktəbində davam etdirmək istəyirsə, valideyn ərizə yazmalı və ərizə ilə birlikdə attestatı məktəb direktoruna təqdim etməlidirlər. Əgər məzun təhsilini həmin məktəbdə davam etdirmək istəmirsə valideyn ərizə yazmalı və bu ərizədə övladının ümumi təhsil müəssisəsində təhsilini davam etdirməsindən imtina etdiyini bildirməlidir.
 Təlim-tərbiyə işləri üzrə direktor müavini Azad Sofuyev IX sinif şagirdlərinin buraxılış imtahanlarından aldıqları nəticələrlə valideynləri məlumatlandırdı və məktəbin direktoru Rəna xanım məsələ ətrafında sərbəst diskusiya təşkil etdiyindən valideynləri maraqlandıran suallar cavablandırıldı.
 Sonda məktəb rəhbərliyi, fənn müəllimləri  valideynlərə   məsələ ilə bağlı öz fikir və tövsiyələrini  bildirdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi