Kiçik Akademiya

Yarımfinalçılar bəlli oldu2023 - cü il 24 dekabr tarixində keçirilən Respublika Fənn Olimpiadasının (RFO) rayon(şəhər) mərhələsinin nəticələri açıqlandı. Məktəbimizdən 9 nəfər şagird RFO - da iştirak ediblər. Olimpiadanın təşkil edilməsində əsas məqsəd istedadlı uşaqların aşkar edilməsi, şagirdlərdə fənlərə olan marağın artırılması, onların öz bilik və bacarıqlarını nümayiş etdirmələrinə imkan yaradılmasından ibarətdir. İştirak edən şagirdlərimiz dən 6 nəfəri Respublika Fənn Olimpiadalarının yarımfinal turunun qalibləri seçiliblər. Kərimli Xanım -tarix Əlizadə Uğur - riyaziyyat Hacızadə Fuad-riyaziyyat Quluzadə Məhdi-kimya Məmmədova Ayan-riyaziyyat Talıbova Nərgiz-riyaziyyat Məktəbin rəhbərliyi şagirdlərimizi, onların valideynlərini, eyni zamanda müəllimlərimizin təbrik edir və növbəti mərhələdə şagirdlərimizə uğurlar arzu edirik

Ətraflı

Şagirdimizin uğuru    İdman - həyat və sağlamlıqdır. Sağlamlıq ən böyük nemətlərdən biridir. Hər bir insan onu qorumağı bacarmalı və öz sağlamlığını hifz etməlidir. Sağlamlığı qoruyub saxlamqada idmanın böyük rolu vardır. Necə deyərlər? “Sağlam bədəndə sağlam ruh olar.”     Məktəbin şagirdi H. Dəmirzadə Azərbaycan Vinq Çun Federasiyası Vinq Çun Kontakt Azərbaycan birinciliyi və çempionatında birinci yer tutmuş, medal və diplomla təltif olunmuşdur. 

Ətraflı

Xocalı Faciəsi xatirəsinə həsr olunmuş idman yarışıXocalı soyqırımının xatirəsinə həsr olunmuş idman yarışı keçirilib.Məktəbimizin şagirdi Mirkazım Əliyev yaşıdları arasında 1-ci yer tutmuş,medal və diplomla təltif olunmuşdur.

Ətraflı

İstedadlı uşaqların aşkara çıxarılmasıBu gün Azərbaycan təhsilinin əsas məqsədlərindən biri istedadlı uşaqların üzə çıxarılması, onların qabiliyyət və yaradıcılıq imkanlarının aşkarlanması, inkişaf etdirilməsidir. Cəmiyyətimiz bir sıra məsələlərin həllini məhz bu cür uşaqlardan gözləyir. Uşaqların vaxtında aşkarlanması, dəstəklənməsi və inkişafının təmin edilməsi əsas hədəflərimizdəndir. Məktəbin UBR-i T. Məhərrəmova və psixoloq K. Hüseynovanın təşkilatçıllğı ilə istedadlı uşaqlarla dəyirmi masa təşkil olundu. Şagirdlərə tövsiyyələr verildi. Uğur qazandıqları sahələrdə hər zaman ilklərdə olmaqları arzulandı. Balaca istedadlar müxtəlif şeirlər söylədilər.

Ətraflı

Şahmat qalibiAzərbaycan Respublikası Gənclər və İdman Nazirliyi Respublika Şahmat Mərkəzinin təşkilatçılığı ilə Şahmat turniri keçirilmişdir. Məktəbin şagirdi Axundov Davud şahmat üzrə təsnifat turnirində qalib gələrək 1 ci yerə layiq görülmüş, medal və kubokla təltif olunmuşdur. Məktəbin direktoru R. Naibova və sinif yoldaşları qalibi təbrik etdilər , uğurlarının davamlı olmasını arzuladılar.

Ətraflı

Riyaziyyat olimpiadası  Dünyaca məşhur riyaziyyat olimpiadası olan FERMAT MATHEMATİCAL OLYMPIAD da şagidimiz iştirak etmişdir. Məktəbin şagirdi bürünc medal qazanaraq Vyetnamda keçiriləcək finalda iştiraklarını təmin etmişdiş Məktəbin şagirdi Atakişizadə İsmayıl bürünc medal qazanmışdır

Ətraflı

Riyaziyyat olimpiadasında gümüş medal  Dünyaca məşhur riyaziyyat olimpiadası olan FERMAT MATHEMATİCAL OLYMPIAD da şagirdimiz iştirak etmişdir. Məktəbin şagirdi Gümüş , qazanaraq Vyetnamda keçiriləcək finalda iştiraını təmin etmişdir. Məktəbin şagirdi Atakişizadə İbrahim gümüş medal qazanmışdı,

Ətraflı

Şagirdimizin idmanda uğuruİdman dövlətin böyük bir qüvvəsidir və insanın, dövlətin həyatında böyük rol oynayır, belə ki, idman - həyat və sağlamlıqdır. Sağlam insan üçün hər bir şeyi etmək daha rahatdır. Məktəbin IX sinif şagirdi Dəmirçizadə Həcər Vinq Çun idman növündə Bakı çempionatlığı və birinciliyi qazanmışdır.

Ətraflı

Novruz adət- ənənələri.Novruz bir bayram kimi baharın gəlməsi münasibətilə geniş miqyasda qeyd olunur və sevincli bir hala — qışın qurtarmasına və baharın gəlişinə həsr olunur.Novruz bayramını qeyd etmək təzə ili, baharın ilk gününü qarşılamaq deməkdir. Məktəbin kitabxana müdiri M. Qasımova şagirdlərə Novruz adət-ənənələri haqqında məlumat verdi. Yaradılan guşələrlə şagirdləri tanış etdi.

Ətraflı

İmtahan stressinin aradan qaldırılmasında şagirdlərə psixoloji dəstək göstərilməsi.İmtahan, bir çox şagirddə təzyiq yaradan və qayğı hiss etməsinə səbəb olan bir hadisədir. İmtahana girəcək şagirdlərin müəyyən bir səviyyədə qayğı yaşaması olduqca təbiidir və hətta müvəffəqiyyətlərinin yüksək olması üçün lazımlıdır. Məktəbin psixoloqu K. Hüseynova şagirdlərə imtahan stressinin aradan qaldırılması üçün müxtəlif psixoloji texnikaları icra etməyi anlatdı. Bu texnikalar şagirdlərə bədən gərginliyini aradan qaldırmağa, relaksasiya olmağa kömək etdi. Şagirdləri maraqlandıran suallar cavablandırıldı.

Ətraflı

Mübariz iradəli və sağlam olmalıyıq.Sağlamlıq xoşbəxt həyatın əsas şərti və təminatıdır. Sağlamlığımızı möhkəmləndirsək və qorusaq, uzun ömür sürər və fəal həyat tərzi keçirərik. Fiziki tərbiyə müəllimi X. Rzayeva Sağlamlıq haqqında şagirdlərə esse yazmaq tapşırığı verdi. Şagirdlər sağlamlıq haqqında öz fikirlərini essede ifadə etdilər.

Ətraflı

Rəsm müsabiqəsi.Məktəbin fiziki tərbiyə müəllimi X. Rzayeva şagirdlərlə idman növləri mövzusunda rəsm müsabiqəsi keçirtdi. Şagirdlər həvəslə müsabiqədə iştirak edib , öz rəsm əsərlərini nümayiş etdirdilər.

Ətraflı

Xocalı Faciəsi-Qan yaddaşımız !1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri bütün beynəlxalq hüquq normalarını pozaraq, mühasirədəki Xocalı şəhərinin dinc əhalisinin üzərinə ağır hərbi texnika yeridib, onlara misli görünməmiş qəddarlıqla divan tutub, şəhər barbarcasına yerlə-yeksan edilib. Yalnız Azərbaycan xalqına qarşı deyil, bütün bəşəriyyətə qarşı yönəlmiş dəhşətli cinayət əməli nəticəsində 613 nəfər dinc azərbaycanlı milli mənsubiyyətinə görə vəhşicəsinə qətlə yetirilib, onlardan 63-üuşaq, 106-sı qadın, 70-i qoca olub. Nəticədə 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. Bundan başqa, 487 dinc sakin ağır yaralanıb.  Məktəbin tarix müəllimi T. Həsənova Xocalı faciəsi haqqlnda dəyirmi masa təşkil etdi. Faciə haqqında şagirdlərə geniş məlumat verdi. Şagirdlər Xocali faciəsi haqqında şeirlər, məlumatlar səsləndirdilər. 

Ətraflı

Xocalını unutmadiq  Müharibə bəşəriyyətin ən pis xəstəliyi, soyqırım isə heç sağalmayan yarasıdır. Bu cür işğalçı qəsbkarlıq qan-xəta, ölüm-itim, fəlakət, dağıntı və dəhşətli faciələri ilə yadda qalır. Ona görə də yaraları dərin və sağalmaz iz buraxır.    Xocalı faciəsi şagirdlərin gözü ilə adlı rəsm  əsərləri çəkdilər.  Şagirdlər Soyqırıma məruz qalmış insanların yaşantılarını, psixoloji vəziyyətini, erməni təcavüzkarlarının törətdikləri cinayətlərin dəhşətlərini ekspressionist üslubda, sənətin dili ilə göstərdilər. Müxtəlif foto şəkillər nümayiş olundu. 

Ətraflı

Ana dili   Hər bir millətin mənəvi sərvətlərindən ən başlıcası onun ana dilidir.Azərbaycan dili can dili, babamız Xətayidən bizə ərmağan dilidir. Bu dil özünün ifadə imkanlarının zənginliyi, səs quruluşunun səlisliyinə qrammatik strukturunun sabitliyi ilə səciyyələn, milyonlarca azərbaycanlının danışdığı , zəngin söz ehtiyatına malik olan musiqili bir dildir.    Bu dildə Füzuli,Xətayi, Üzeyir, Cəlil , N. Nərimanov,F. Köçərli, H. Əliyev tarixdə adları qızıl hərflərlə yazılan digər şəxsiyyətlərimiz danışdığı dildir.    Bilirik ki, 21 fevral dünyada “ Ana dili günü “ kimi qeyd edilir. Hər bir xalq özünün dilinin yaşaması üçün mübarizə aparır və hər ildə qürurla qeyd edilir.    Məktəbimizdə “ Dil günü “ nə həsr olunmuş dəyirmi masa keçirildi. Şagirdlərimiz dil haqqında maraqlı maraqlı məlumatlatla çıxış etdilər , şeirlər söylədilər. Ulu öndərimizin dil haqqında dediyi sözlərlə açılan tədbirimiz , 20 əsr Azərbaycan ədəbiyyatının ən böyük şairi B. Vahabzadənin dilimizə həsr olunmuş şeirini dinləməklə sona çatdı.

Ətraflı

Anlamlı həyat Məktəbimizdə  şagirdlərdə mənəvi dəyərlərin yüksəldilməsi məqsədilə həyata keçirilən “Zənginliyim daxilimdədir” layihəsi çərçivəsində psixoloq Könül Hüseynova IVb sinfi ilə “Anlamlı həyat” adlı növbəti məşğələni təşkil etdi. Məşğələnin məqsədi şagirdlərdə həyatına anlam qatan şeyləri fərq etmək, başladığı işi davam etdirmək, əzmkar və qərarlı olmaq, üzərinə düşən öhdəliyi vaxtında, düzgün yerinə yetirmək kimi xüsusiyyətləri aşılamaq idi. Dərs ərzində şagirdlər qrup şəklində dibçəklərə güllər, toxumlar əkdilər, onlara su verdilər. Sonra isə qrup daxilində planlama edərək həftə ərzində hər qrup öz əkdiyi toxumlara, güllərə su vermək, onlara sevgi, qayğı göstərmək, günəş işığı almaları üçün mütəmadi yerini dəyişmək kimi işləri öz aralarında bölüşdürdülər. Sonda şagirdlərə çalışma yarpaqları paylanaraq onların həyatlarına anlam qatan, onları həyata bağlayan varlıqlar haqqında düşünmələri, yazmaları və şəkil çəkmələri tapşırıldı.

Ətraflı

Lütfi-Zadə səlis insan kimi…    Dünya şöhrətli alim dünyanın 25 ölkəsinin nüfuzlu universitetlərinin fəxri doktoru həmyerlimiz dahi Lütfi-Zadə.Öz milli mənsubiyyəti ilə fəxr edən görkəmli alim , bir çox ölkələrin ABŞ Milli Mühəndislik Akademiyasının və Rusiya Təbiət Elmlər Akademiyasının üzvü olmuşdur. Dünyada qeyri- səlis məntiq nəzəriyyəsi Riyaziyyatın, kibernetikanın,informatikanın inkişafı tarixində yeni dövr başladan Lütfi-Zadə deyirdi: “Azərbaycan mənim doğma vətənimdir.Mən həmişə Azərbaycanın uğurlu gələcəyi barədə düşünürəm və bu istiqamətdə atılan addımlar məni sevindirir”. Bugün məktəbin informatika müəllimi C. Qəribova 9,10,11-ci sinif şagirdləri ilə “ Lütfi-Zadə səlis insan kimi …”mövzusunda dəyirmi masa keçirmişdir.Dəyirmi masada Aristotelin “ Binar məntiq “ nəzəriyyəsi və Lütfi-Zadənin “ Qeyri-səlis məntiq “ nəzəriyyələrinin paralel müzakirəsi öz əksini tapmışdır.

Ətraflı

Qala Tarix Etnoqrafiya Qoruğunda bir maraqlı gün Məktəbin keyfiyyət faizinin əsas göstəricisini təşkil edən IX siniflər arasında imtahan verəcəkləri  Azərbaycan dili riyaziyyat xarici dil  fənlərindən monitorinq keçirildi. Şagirdlərimiz öz  bilik və bacarıqlarını nümayiş etdirdilər.

Ətraflı

Şagirdimizin uğuru.Daim axtarışda olmaq uşaqların xüsusiyyətidir.Hər il 500 mindən çox uşaq və yeniyetmə müxtəlif alət və oyunlar ixtira edir, robot və avadanlıqlar yaradır və təkmilləşdirirlər. Məktəbimin IX a sinif şagirdi S. Aynur “ VEX Robotics Bootcamp “ da iştirak edərək robot hazırlamış,fəal iştirak edərək sertifikat və medal qazanmışdır.

Ətraflı

Ayan Məmmədovanın uğuruNəsimi rayon ümumtəhsil məktəblərinin şagirdləri arasında keçirilmiş Vətən müharibəsi şəhidlərinin xatirəsinə həsr olunmuş "Zəfərə gedən yol" adlı onlayn rəsm müsabiqəsində I yeri tutduğuna görə diplomla təltif olunur

Ətraflı

Şagirdimizin uğuru.Azərbaycan Dövlət Akademik Filarmoniyasında təşkil olunan konsertdə məktəbimizin 10 b sinif şagirdi Abdullazadə İkram tar musiqi alətində solo ifası ilə çıxış edərək qonaqları feyziyab etdi. Onu da qeyd etməliyik ki, Abdullazadə İkram bir çox şəhər və beynəlxalq müsabiqələrdə qalib olmuş, Diplom və Fəxri fərmanlara layiq görülmüşdür.

Ətraflı

Qarabağın Coğrafiyası.  Dağlıq Qarabağ Azərbaycanın ən qədim və gözəl guşələrindən biridir. Azərbaycanın poeziya və musiqi  beşiyi olan Dağlıq Qarabağ Azərbaycan Respublikasının əzəli-əbədi torpağı, ayrılmaz tərkib hissəsidir. Əsrarəngiz təbiəti, zəngin mənəvi və mədəni adət-ənənələri olan bir diyardır. Qarabağ həm də bir çox görkəmli Azərbaycan alimlərinin, yazıçı və şairlərin, rəssam və musiqiçilərin vətənidir. Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Qarabağın adı Azərbaycan dilindəki “qara” və “bağ” sözlərindən əmələ gəlmişdir.   Məktəbin Coğrafiya müəllimi R.  Ağamalıyevanın təşkilatçılığı ilə “ Qarabağın coğrafiyası “ adlı dəyirmi masa təşkil olundu. IX sinif şagirdlərinin təqdimatında bir-birindən maraqlı məlumatlar,çıxışlar dinlənildi, videoçarxlar nümayiş olundu.

Ətraflı

Narkomaniyaya “ yox “ deyək !   Narkotiklərin qanunsuz dövriyyəsi və narkomanlıq müasir dünyada son dərəcə mürəkkəb ictimai təhlükəli hadisədir. Onun vurduğu saysız-hesabsız ziyanın həcmi çox böyükdür və praktiki olaraq, heç bir ölçüyə sığmır. Bu, narkotik istifadəçisinin şəxsiyyətinin deqradasiyası, müxtəlif cinayətlər törədilməsinə təkan, cəmiyyətin maddi texniki və intellektual potensialının aşağı düşməsi, genefondun pisləşməsi və bir çox digər hallardır.        Məktəbin psixoloqu K. Hüseynova və Uşaq Birliyi Rəhbəri T. Məhərrəmova şagirdlərlə narkomaniya haqqında maarifləndirici söhbət apardı. Videoçarx nümayiş olundu. Şagirdlər hazırladıqları referatları oxudular, çəkdikləri rəsmlər üzərində müzakirə etdilər. 

Ətraflı

İnsan alveri... Ümumbəşəri bəla.Bu gün dünyanın inkişaf etmiş əksər ölkələrində dövlət tərəfindən aparılan mübarizələrdən biri də insan alverinə qarşı mübarizədir. Qeyd edək ki, insan alverinə qarşı mübarizə ölkəmizdə də geniş vüsət alıb. Bununla bağlı respublikamızda hüquqi-normativ baza müəyyən edilib. Ölkə Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamına əsasən “Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair 2020-2024-cü illər üçün Milli Fəaliyyət Planı” təsdiq edilib.  İnsan alveri - yəni zor tətbiq etmək hədəsi ilə və ya zor tətbiq etməklə, hədə-qorxu və ya digər məcburetmə vasitələri ilə həyata keçirilir.     Məktəbin psixoloqu K. Hüseynova və Uşaq birliyi rəhbəri T. Məhərrəmovanın təşkilatçılığı ilə dəyirmi masa keçirildi. Psixoloq şagirdlərlə maarifləndirici söhbət apardı, videoçarxlar nümayiş olundu. 

Ətraflı

Fəxri Xiyabana ziyarət.Məktəbin şagirdləri 2 ci Fəxri Xiyabana baş çəkiblər. 44 günlük Vətən müharibəsinin zəfərini bizə yaşatmaq üçün canlarını fəda edən oğullarımızı böyük hüznlə yad edib, gül dəstələri qoyublar. Şəhadətiniz mübarək heç zaman ölməz şəhidlərimiz!

Ətraflı

Ümumdünya Psixi Sağlamlıq Günü.Psixoloji cəhətdən sağlam olmaq insan həyatının önəmli hissəsidir. Bu , sağlamlığın elə bir rifah halıdır ki , bu zaman insan öz bacarıqlarını uğurla həyata keçirir , gündəlik həyatda ən çətin stresslərə tab gətirir və iş fəaliyyəti ilə səmərəli məşğul ola bilir. Məktəbimizdə kiçik akademiyanın təşəbbüsü ilə bu mövzuya həsr olunmuş tədbir keçirildi. Kiçik akademiyanın rəhbəri T.Məhərrəmova şagirdlərə bu mövzuda video çarxlar nümayiş etdirdi. Tədbirdə məktəbin psixoloqu K. Hüseynova çıxış edərək mövzuya aid ətraflı məlumat verdi. Şagirdləri maraqlandıran suallar cavablandırıldı. Tədbirin sonunda məktəbin direktoru R.Ə.Naibova çıxış edərək şagirdlərə müəyyən tövsiyyələr verdi.

Ətraflı

Kitab sərgisi.Kitab bəşər mədəniyyətinin ən böyük nailiyyətlərindən biridir. Bu, bir həqiqətdir ki, bilik xəzinəsinin qapılarını bizim üzümüzə bəşəriyyətin yaratdığı möcüzələrdən olan kitablar açır. Böyüməkdə olan nəslin inkişafında, təlim-tərbiyəsində kitabın-mütaliənin necə mühüm rol oynadığını hamımız bilirik.Məktəbin təşkilatçı, direktor müavini A. Vəliyeva və psixoloq K. Hüseynova 5 ci sinif şagirdləri ilə Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə , Bakı EKSPO mərkəzində baş tutan kitab sərgisində iştirak etdilər. Sərgidə şagirdlər istər yerli , istərsədə xarici ədəbiyyatla yaxından tanış oldular.

Ətraflı

Nizami Gəncəvi-880Nizami Azərbaycan xalqının dünya mədəniyyətinə bəxş etdiyi nadir istedadlı, zəngin ədəbiyyatımızın parlaq mərhələlərindən birini təşkil edən XII əsr Azərbaycan şeirinin ən uca mərhələsində dayanan, öz fitri istedadı , nadir sənətkarlıq qüdrətinin əsarəti ilə sələfləri və müasirlərindən fərqli iz qoymuş, “Xəmsə” kimi ölməz sənət abidəsi ucaltmış dahi şairdir. Qüdrətli söz və fikir ustadının insanları daim əxlaqı keyfiyyətə çağıran və yüksək mənəvi keyfiyyətlər aşılayan yaradıcılığının bəşər mədəniyyətinin nailiyyəti kimi müstəsna əhəmiyyətini nəzər alaraq Azərbaycan Respublikası Prezidenti İlham Əliyev 2021-ci ili “Nizami Gəncəvi ili” elan etmişdir. Bu münasibətlə məktəbimizdə müxtəlif tədbirlər, müsabiqələr keçirilmişdir. Bunlardan biri də IX sinif şagirdi Hümbətli Ümidin “Nizami Gəncəvi 880” mövzusunda referat işinin təqdimatı olmuşdur.

Ətraflı

“ Bir millət- iki dövlət ”rəsm müsabiqəsi  Məktəbimizdə Ulu öndər Heydər Əliyevin anadan olmasının 98-ci il dönümünə həsr olunmuş “ Bir millət-iki dövlət ” adlı onlayn rəsm müsabiqəsi keçirilmişdir.Müsabiqənin ikinci mərhələsi 1 nömrəli Uşaq –Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə onlayn keçirildi.Məktəbimizin şagirdi Ayan Məmmədova III yerə, Nuray Qasımlı və Vəfa Piriyeva isə təşəkkürnamə ilə təltif olunmuşlar.

Ətraflı
HAQQIMIZDA

    Bakı şəhəri 35 №-li tam orta məktəb 1931-ci ildən fəaliyyət göstərir. Məktəb 800 yerlikdir. Cari də...

BİZİM FƏXRLƏRİMİZ

Əsmer İbrahimova Fariz

Röya Mirtalıbova Mirtalıb

HAQQIMIZDA

    Bakı şəhəri 35 №-li tam orta məktəb 1931-ci ildən fəaliyyət göstərir. Məktəb 800 yerlikdir. Cari də...

BİZİM FƏXRLƏRİMİZ

Əsmer İbrahimova Fariz

Röya Mirtalıbova Mirtalıb

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi