Kitab sərgisi.
Kitab bəşər mədəniyyətinin ən böyük nailiyyətlərindən biridir. Bu, bir həqiqətdir ki, bilik xəzinəsinin qapılarını bizim üzümüzə bəşəriyyətin yaratdığı möcüzələrdən olan kitablar açır. Böyüməkdə olan nəslin inkişafında, təlim-tərbiyəsində kitabın-mütaliənin necə mühüm rol oynadığını hamımız bilirik.Məktəbin təşkilatçı, direktor müavini A. Vəliyeva və psixoloq K. Hüseynova 5 ci sinif şagirdləri ilə Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə , Bakı EKSPO mərkəzində baş tutan kitab sərgisində iştirak etdilər. Sərgidə şagirdlər istər yerli , istərsədə xarici ədəbiyyatla yaxından tanış oldular.