İstedadlı uşaqların aşkara çıxarılması
Bu gün Azərbaycan təhsilinin əsas məqsədlərindən biri istedadlı uşaqların üzə çıxarılması, onların qabiliyyət və yaradıcılıq imkanlarının aşkarlanması, inkişaf etdirilməsidir. Cəmiyyətimiz bir sıra məsələlərin həllini məhz bu cür uşaqlardan gözləyir. Uşaqların vaxtında aşkarlanması, dəstəklənməsi və inkişafının təmin edilməsi əsas hədəflərimizdəndir.
Məktəbin UBR-i T. Məhərrəmova və psixoloq K. Hüseynovanın təşkilatçıllğı ilə istedadlı uşaqlarla dəyirmi masa təşkil olundu. Şagirdlərə tövsiyyələr verildi. Uğur qazandıqları sahələrdə hər zaman ilklərdə olmaqları arzulandı. Balaca istedadlar müxtəlif şeirlər söylədilər.