HAQQIMIZDA

    Bakı şəhəri 35 №-li tam orta məktəb 1931-ci ildən fəaliyyət göstərir. Məktəb 800 yerlikdir. Cari dərs ilində məktəbin 22 sinfində 455 şagird təhsil alır. Siniflərdə şagirdlərin orta sıxlığı 20 nəfərdir. Məktəbdə şagirdlərin təlim-tərbiyəsi ilə 54 nəfər müəllim məşğul olur. Pedaqoji kollektivin 93%-i ali təhsillidir. Onlardan 3 nəfəri “Ən yaxşı müəllim ” müsabiqəsinin qalibi,1 nəfəri isə"Tərəqqi medalı"na layiq görülmüşdur. Məktəb üzrə müəllimlərin orta dərs yükü 12 saatdır. Məktəbdə bütün fənləri ixtisaslı müəllimlər aparır. Məktəb 1növbəli, beş günlük iş rejimində işləyir. Məktəbdə tədris Azərbaycan dilində aparılır. Azərbaycan Respublikası Prezidentinin “2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial iqtisadi inkişafına dair Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Sərəncamına əsasən Bakı şəhəri 35 №-li tam orta məktəb 2011-ci ildə əsaslı təmir olunmuş, yeni korpus, fərdi qazanxana və idman zalı tikilmişdir.Azərbaycan Respublikası Prezidentinin 6 avqust 2013-ci il tarixli 3043 nömrəli Sərəncamı ilə Bakı şəhəri 35 nömrəli tam orta məktəb 2012/2013-ci dərs ilində keçirilmış “Ən yaxşı ümumtəhsil məktəbi"müsabiqəsinin qalibi olmuşdur. 

  “Bakı şəhərində və onun qəsəbələrində təhsil müəssisələrinin tikintisi və və təmiri ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 05.05.2020-ci il tarixli 2014 nömrəli Sərəncamına əsasən Bakı şəhəri 35 nömrəli tam orta məktəb yenidən tikilmiş və yeni təhsil infrastrukturu yaradılmışdır. Məktəbdə 24 sinif otağı, 2 informatika, kimya, fizika, biologiya laboratoriyaları, çağırışaqədərki hazırlıq, əmək otağı evdarlıq, dülgərlik, xarici dil kabinetləri, kitabxana, yeməkxana, akt zalı, həkim otağı, eko sinif yaradılaraq, 2022/2023 – cü tədris ilindən şagirdlərin istifadəsində verilmişdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi