Anlamlı həyat

 Məktəbimizdə  şagirdlərdə mənəvi dəyərlərin yüksəldilməsi məqsədilə həyata keçirilən “Zənginliyim daxilimdədir” layihəsi çərçivəsində psixoloq Könül Hüseynova IVb sinfi ilə “Anlamlı həyat” adlı növbəti məşğələni təşkil etdi. Məşğələnin məqsədi şagirdlərdə həyatına anlam qatan şeyləri fərq etmək, başladığı işi davam etdirmək, əzmkar və qərarlı olmaq, üzərinə düşən öhdəliyi vaxtında, düzgün yerinə yetirmək kimi xüsusiyyətləri aşılamaq idi. Dərs ərzində şagirdlər qrup şəklində dibçəklərə güllər, toxumlar əkdilər, onlara su verdilər. Sonra isə qrup daxilində planlama edərək həftə ərzində hər qrup öz əkdiyi toxumlara, güllərə su vermək, onlara sevgi, qayğı göstərmək, günəş işığı almaları üçün mütəmadi yerini dəyişmək kimi işləri öz aralarında bölüşdürdülər. Sonda şagirdlərə çalışma yarpaqları paylanaraq onların həyatlarına anlam qatan, onları həyata bağlayan varlıqlar haqqında düşünmələri, yazmaları və şəkil çəkmələri tapşırıldı.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi