Ana dili

   Hər bir millətin mənəvi sərvətlərindən ən başlıcası onun ana dilidir.Azərbaycan dili can dili, babamız Xətayidən bizə ərmağan dilidir. Bu dil özünün ifadə imkanlarının zənginliyi, səs quruluşunun səlisliyinə qrammatik strukturunun sabitliyi ilə səciyyələn, milyonlarca azərbaycanlının danışdığı , zəngin söz ehtiyatına malik olan musiqili bir dildir.    Bu dildə Füzuli,Xətayi, Üzeyir, Cəlil , N. Nərimanov,F. Köçərli, H. Əliyev tarixdə adları qızıl hərflərlə yazılan digər şəxsiyyətlərimiz danışdığı dildir.    Bilirik ki, 21 fevral dünyada “ Ana dili günü “ kimi qeyd edilir. Hər bir xalq özünün dilinin yaşaması üçün mübarizə aparır və hər ildə qürurla qeyd edilir.    Məktəbimizdə “ Dil günü “ nə həsr olunmuş dəyirmi masa keçirildi. Şagirdlərimiz dil haqqında maraqlı maraqlı məlumatlatla çıxış etdilər , şeirlər söylədilər. Ulu öndərimizin dil haqqında dediyi sözlərlə açılan tədbirimiz , 20 əsr Azərbaycan ədəbiyyatının ən böyük şairi B. Vahabzadənin dilimizə həsr olunmuş şeirini dinləməklə sona çatdı.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi