Ümumdünya Psixi Sağlamlıq Günü.

Psixoloji cəhətdən sağlam olmaq insan həyatının önəmli hissəsidir. Bu , sağlamlığın elə bir rifah halıdır ki , bu zaman insan öz bacarıqlarını uğurla həyata keçirir , gündəlik həyatda ən çətin stresslərə tab gətirir və iş fəaliyyəti ilə səmərəli məşğul ola bilir. Məktəbimizdə kiçik akademiyanın təşəbbüsü ilə bu mövzuya həsr olunmuş tədbir keçirildi. Kiçik akademiyanın rəhbəri T.Məhərrəmova şagirdlərə bu mövzuda video çarxlar nümayiş etdirdi. Tədbirdə məktəbin psixoloqu K. Hüseynova çıxış edərək mövzuya aid ətraflı məlumat verdi. Şagirdləri maraqlandıran suallar cavablandırıldı. Tədbirin sonunda məktəbin direktoru R.Ə.Naibova çıxış edərək şagirdlərə müəyyən tövsiyyələr verdi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi