11-ci sinif şagirdlərinə attestatlar təqdim olundu

2024–2025-ci tədris ilində məktəbimizin 11-ci sinif şagirdləri ümumi orta təhsil pilləsini uğurla başa vuraraq attestat almağa layiq görülmüşlər.
Məktəbdə attestatların təqdim olunması prosesi həyata keçirildi. Şagirdlərə təhsil sənədləri müvafiq qaydalara uyğun şəkildə təqdim olundu.
Məktəb rəhbərliyi məzunlarımızı təbrik edərək, onlara gələcək təhsil və həyat yollarında uğurlar arzuladı.
Məktəb kollektivi olaraq bütün məzunlarımızı bir daha təbrik edir, onların hər birinə uğurlu gələcək, sağlam həyat və yüksək nəticələr arzulayırıq.