“İnternet Asılılığı”na dair maarifləndirici tədbir keçirildi

 Gənclərin sağlam inkişafı və rəqəmsal təhlükələrdən qorunması məqsədilə məktəbimizdə  “İnternet Asılılığı və Onun Zərərləri” mövzusunda maarifləndirici tədbir təşkil olundu. Tədbirdə şagirdlərə internetdən düzgün istifadə qaydaları, onlayn vaxtın balanslaşdırılması və rəqəmsal asılılığın psixoloji və fiziki təsirləri haqqında geniş məlumat verildi.Tədbir zamanı psixoloq, UBTR və təşkilatçı müavinin iştirakı ilə şagirdlərlə interaktiv söhbətlər aparıldı, onların sualları cavablandırıldı. Tədbirin əsas hissəsində internet asılılığının fəsadlarını əks etdirən maarifləndirici videoçarx nümayiş etdirildi. Videoçarx şagirdlərin böyük marağına səbəb oldu və mövzu ətrafında müzakirələrə təkan verdi.Bu cür tədbirlər şagirdlərimizin rəqəmsal dünyada təhlükəsiz və şüurlu şəkildə iştirak etməsinə töhfə vermək məqsədi daşıyır. Məktəb olaraq gələcəkdə də bu istiqamətdə tədbirlərin davam etdirilməsi nəzərdə tutulur.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi