Məktəb Şagirdlərinin “Bilim Bakı”ya Maraqlı Ekskursiyası

Elm və texnologiyaya marağı artırmaq, şagirdlərdə tədqiqatçılıq bacarıqlarını inkişaf etdirmək məqsədilə məktəbimizin şagirdləri və müəllim kollektivi ilə birlikdə “Bilim Bakı” mərkəzinə ekskursiya təşkil olundu.“Bilim Bakı”da təşkil olunan elmi şoular, robototexnika dərsləri və 3D texnologiyaların təqdimatı uşaqların yaddaşında unudulmaz izlər buraxdı. Bu ekskursiya şagirdlər üçün həm maarifləndirici, həm də əyləncəli oldu.
Sonda şagirdlər öz təəssüratlarını bölüşdü, bir çoxu gələcəkdə elm adamı olmaq arzusunu ifadə etdi. Belə səfərlər uşaqların təhsilinə motivasiya verir, onların biliklərə olan marağını artırır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi