Sağlam Münasibətlər, Güvənli Məktəb

Məktəbdə sağlam və təhlükəsiz mühitin yaradılması hər bir şagirdin rifahı üçün vacibdir. Bu məqsədlə məktəb psixoloqu tərəfindən “Sağlam Münasibətlər, Güvənli Məktəb” adlı maarifləndirici tədbir təşkil olundu. Tədbirin əsas məqsədi şagirdlərə bullinqin fəsadlarını izah etmək, empatiya və hörmət kimi dəyərlərin əhəmiyyətini vurğulamaq idi.Tədbir şagirdlər arasında empatiya və hörmətin təşviqinə, eyni zamanda, məktəbdə təhlükəsiz və güvənli bir atmosferin yaradılmasına mühüm töhfə verdi. “Sağlam Münasibətlər, Güvənli Məktəb” tədbiri bir daha sübut etdi ki, maarifləndirmə və psixoloji dəstək, bullinqə qarşı ən güclü vasitələrdəndir.
Məktəb olaraq inanırıq ki, hər bir şagirdin özünü təhlükəsiz, dəyərli və anlaşılan hiss etdiyi bir mühit yaratmaq – təkcə pedaqoqların deyil, bütövlükdə cəmiyyətin üzərinə düşən məsuliyyətdir.