Ulu Öndər Heydər Əliyevin Əziz Xatirəsinə Dərin Hörmətlə

Tariximizin ən böyük şəxsiyyətlərindən biri olan Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini yad etmək məqsədilə məktəbin UBTR T. Məhərrəmova və psixoloq K. Hüseynova şagird kollektivi ilə birlikdə Fəxri Xiyabana ziyarət təşkil etdilər. Bu səfər həm mənəvi tərbiyə baxımından, həm də vətənpərvərlik ruhunun gücləndirilməsi istiqamətində olduqca əhəmiyyətli oldu.
Ziyarət zamanı şagirdlər Heydər Əliyevin məzarı önünə gül dəstələri qoyaraq, onun Azərbaycan xalqı qarşısındakı misilsiz xidmətlərini bir daha dərin ehtiramla xatırladılar. Müəllimlərimiz tərəfindən Ulu Öndərin həyat və fəaliyyətinə dair geniş məlumat verildi, onun xalqımızın rifahı, dövlətimizin müstəqilliyi və inkişafı naminə gördüyü işlər şagirdlərə ətraflı şəkildə çatdırıldı.
Bu səfər şagirdlərdə milli kimlik, dövlətçilik və vətənə bağlılıq hisslərini daha da gücləndirdi. Ulu Öndərin “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!” sözləri ziyarət boyu hər birimizin yaddaşında dərin iz buraxdı.
Ziyarət sonunda şagirdlər öz təəssüratlarını bölüşdülər və belə bir tarixi şəxsiyyətin xalqımıza bəxş olunmasından qürur hissi keçirdiklərini bildirdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi