Pedaqoji şura kecirildi

     Tədris ilinin I yarımilinə yekun olaraq Pedaqoji şuranın iclası keçirildi. İclası açıq elan edərək məktəbin direktoru Rəna Naibova gündəlikdəki məsələləri elan etdi.     

     İclasda məktəb uşaqlarının təhlükəsizliyinə və şagird davranış qaydalarına nəzarəti gücləndirilməsi, müəllimlərin etik davranış qaydalarına əməl olunması vəziyyəti, məktəbdə psixoloji xidmətin təşkili, valideynlərlə işin səmərəliliyinin artırılması təhsilalanlar arasında risk qrupuna daxil olanların müəyyənləşdirilməsi və məktəb psixoloqunun onlarla apardığı sistemli işin əhəmiyyəti və digər vacib məsələlər müzakirə olundu.

     İclasda təlim-tərbiyə işləri üzrə direktor müavini Azad Sofuyev yarımilin yekunu, BSQ-nin aparılması və qiymətləndirilmələri, Respublika Fənn Olimpiadalarının rayon (şəhər) mərhələsinin nəticələri haqqında və fənn metodbirləşmə rəhbərləri yarımillik hesabatlarla çıxış etdilər.

     Müzakirə olunan məsələlərlə bağlı müvafiq qərarlar qəbul edildi və müəllimləri maraqlandıran suallar cavablandırıldı.

    

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi