Şagirdlərimiz "YARAT" müasir incəsənət muzeyində

04 .03. 2016- cı il tarixində sinif rəhbəri Quluzadə Günelin rəhbərliyi altında 5- ci sinif şagirdləri Bakının ən gözəl muzeylərindən biri olan” Yarat muasir İncsənət muzeyinə” səyahət etdilər . Muzeyə ilk daxil olan annan şagirdlərimizi biri - birindən maraqlı və ecaskar olan incəsənət nümunələri qarşıladı. Rəsm əsərləri çox maraqlı idi . Füsunkarlığı ilə göz oxşayan incəsənət əsərlərinə rast gələn balaca fidanlar yerli və əcnəbi rəssam və heykəltərəşların , o cümlədən Səttar Bəhlulzadə , Böyük ağa Mirzəzadə , Şahtaxtinskaya , Tahir salahov , Ömər Eldarov , Nadir Əbdurrəhmanovun əsərləri ilə tanış olduar. Muzeydə çalışan əməkdaşlar uşaqları kitabxana , art- kafe , restoran və video animasyalı zallarla tanış etdilər . Uşaqlara muzeyin dizayn müəllifinin rəssam Altay Sadiqzadə olmağını qeyd etdilər. Şagirdlərimiz kitabxanada maraqlı kitab nümunələri ilə tanış oldular. Hətta muzey əməkdaşları uşaları komandaya bölərək ,bilik yarışması keçirdilər və sonda qalib gələn komanda mükafatlandırıldı. Müəllim və şagirdlər xoş təssüratlarla müzeydən ayrıldılar.