İmran Qasımov 100il

    Səbail rayonu Badamdar qəsəbəsində yerləşən Mədəniyyət Mərkəzində 18 iyun 2018-ci il tarixdə cənab prezident İlham Əliyev xalq yazıçısı İmran Qasımovun 100 illik yubiliyinin qeyd edilməsi haqqında imzalandığı sərəncama əsasən tədbir təşkil olunmuşdur. Məktəbimizin 7a , 8a sinif şagirdləri kitabxana müdiri Şərqiyyə Qasımova və psixoloq Şəlalə Abbasova ilə birlikdə tədbirdə iştirak etdilər. Tədbirdə yazıçı dramaturq, ssenarist və publisist İmran Qasımovun həyat və yaradıcılığı haqqında geniş söhbət açıldı. Azərbaycan ədəbiyyatının, kino və teatrının inkişafında ədibin əvəzsiz xidməti olmuşdur.

    İmran Qasımovun həsən Seyidbəyli ilə birlikdə yazdığı "Uzaq sahillərdə" romanı və filmi müxtəlif dillərdə tərcümə olunaraq ölkəmizi bütün dünyada tanıtmışdır. Tədbirdə şagirdlər həmçinin yubiliyarın əsərlərindən ibarət təşkil olunmuş sərgi ilə tanış oldular.

    Tədbirin sonunda şagirdlər  rejissor Ziya Şıxlinskinin yazıçıya həsr olunmuş "Onun böyük ürəyi" adlı sənədli filmi izlədilər. Şagirdlər tədbirdən xoş təəssüratlarla ayrıldılar. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi