"Bir kərə yüksələn bayraq bir daha enməz"!

329 nömrəli məktəbdə 9 noyabr Bayraq günü münasibəti ilə "Bir kərə yüksələn bayraq bir daha enməz " adlı tədbir keçirilmişdir.Tədbirldə məktəbin bütün sinifləri iştrak etmişdir.8- ci sinif şagirdlərinin çıxışlarında bir çox ölkənin bayraqları haqqında məlumatlar verildi və bayraqların yaranma tarixlərindən danışıldı.Tədbirdə şagirdlər Azərbaycan haqqında şeirlər söylədilər və mahnılar ifa etdilər. Hər sinif maraqlı çıxışları ilə tədbirdə öz yerini aldı. Tədbirin sonunda çıxış üçün söz məktəbin direktoru Tərminə xanıma verildi. Məktəbin direktoru Azərbaycan Dövlət Bayrağı günü münasibəti ilə hazırlanmış tədbirə görə məktəbin təşkilatçısı Babayeva Reyhana , uşaq birliyinin rəhbəri Əliyeva İntizara və bütün tədbir iştrakçılarına öz təşəkkürünü bildirdi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi