Azərbaycanın tarixi və mədəniyyəti

329 nömrəli tam orta məktəb 2016-2017-ci tədris ilinin fevral ayında ‘’Azərbaycan tarixi və etnoqrafiyası’’ mövzusu üzrə tarix aylığının keçirilməsinə start vermişdir. 329 nömrəli tam orta məktəbin tarix müəllimi Günel Quluzadənin rəhbərliyi ilə məktəbimizin şagirdləri Manna, Atropatena, Albaniya dövlətlərinin tarixi mədəniyyətini həmçinin, XII-XVIII əsr Azərbaycanın tarixi abidələri ilə bağlı maraqlı divar qazəti nümunələri hazırlanmış və məktəbimizin foyesində nümayiş etdirmişlər. Eyni zamanda məktəbdə mövzuya həsr edilən tədbir təşkil edilmişdir. Tədbirdə fəal iştirak edən şagirdlər tarixi abidələrimiz haqqında maraqlı məlumatlar söyləmişlər. Tədbirdə məktəbimizin tarixi müəllimi bizim eradan əvvəl mövcud olmuş Manna, Atropatena və Albaniya mədəniyyəti ilə bağlı geniş məlumat vermişdir. Tədbir məktəb şagirdlərini maraqlandıran sualları cavablandırmaqla sona çatmışdır
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi