İlk dərslər 20 Yanvar Ümumxalq Hüzn Gününə həsr edildi

Təhsil naziri Mikayıl Cabbarovun əmri ilə təsdiqlənmiş “20 Yanvar” faciəsinin iyirmi yeddinci ildönümünün keçirilməsi barədə Tədbirlər Planı”na əsasən məktəbimizdə tədris olunan ilk dərs 20 Yanvara həsr edildi. Bütün dərslər Azərbaycan Respublikasinın Dövlət himni ilə başlandı. Bu dərslər şagirdlərdə Vətənə məhəbbət hissinin daha da möhkəmləndirlməsi və həqiqi vətənpərvərlik məzmununun onlara düzgün anladılması məqsədlərinə xidmət etdi. Dərslərdə ilk olaraq xalqımızın azadlığı uğrunda canlarını qurban vermiş qəhrəman Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Dərsləri tədris edən müəllimlər Sovet imperiyasının 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıda törətdiyi vəhşiliklərdən və bu hadisələrin insanlıga qarşı yönəlmiş ən ağır cinayət olmasından söz açdılar. Eləcə də 20 Yanvar hadisələrinin acı nəticələrindən,şəhid kimi əbədiyyətə qovuşan Vətən övladlarının şücaətindən söhbət açıldı,məktəblilər xalqımızın şərəf salnaməsi olan bu şanlı tarixi unutmamağa səsləndi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi