ZƏFƏR YOLU

 Məktəbin psixoloqu Şəlalə Abbasova 2-ci Qarabağ müharibəsində şücaət göstərmiş qazi Səlahəddin Mirzəyevlə görüş  təşkil etdi. Onlayn görüşdə məktəbin rəhbərliyi, müəllimlər və şagirdlər iştirak etdi. Müharibənin ilk günlərindən könüllü olaraq Vətənimizin ərazi bütövlüyünü bərpa etmək məqsədilə döyüşə yollanan, Füzuli istiqamətində gedən döyüşlərdə iki dəfə ağır yaralanan qazimiz müharibə ilə bağlı təəssüratlarını bölüşdü. Görüşdə məktəbimizin şagirdi Cavad Bəşirov şəhid Xudayarın oxuduğu Vətən yaxşıdır mahnısını ifa etdi. Şagirdlərimiz qazimizə suallar verdilər, şeirlər və ürək sözlərini dedilər. Məktəb rəhbərliyi və müəllimlər  qazimizə minnətdarlığını bildirdi. Qarabağın hər bir güşəsində  üçrəngli bayrağımızın dalğalandırılmasına görə başda Ali Baş Komandanımız İlham Əliyevə və əsgərlərimizə, qazilərimizə minnətdarıq. Şəhidlərimizin ruhu qarşısında baş əyirik.  Qarabağ bizimdir! Qarabağ Azərbaycandır !

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi